"Ərim deyirdi et, mən də edirdim" - həftədə 150 min qazanan qadın - FOTO

10 Avqust 2018 14:32

Türkiyənin Adana və Osmaniye şəhərlərində polisin eyni vaxtda keçirdyi xüsusi əməliyyatda qanunsuz mərc şəbəkəsi çökdürülüb.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, 5 ay əvvəl Osmaniyenin Kadirli rayonunda qanunsuz fəaliyyət göstərən qumarxanada mərcdə uduzması barədə polisə şikayətlənən şəxsin müraciətindən sonra əməliyyat başlanmışdı. Polis qumarxanaları izləyirdi.

Dünən isə əməliyyat çərçivəsində Adanada biri qadın olmaqla 19 nəfər, Kadirlidə 9 nəfər tutulub.

Məlum olub ki, ABŞ-dakı mərc saytlarından birinin Türkiyədə klonunu yaradan şəbəkə qanunsuz mərc və qumarxana şəbəkəsi qurub.

Şəbəkəyə rəhbərlik edən şəxsin sağ əlinin onun arvadı, orta məktəbdə müəllim işləyən Buket D. olduğu bilinib.

"Ərim də müəllimdir. İşə gedəndə tapşırıqlar verirdi. Mənə deyirdi et, mən də edirdim", - qanunsuz qumarxana və məc şəbəkəsindən həftədə 150 min lirə qazanan Buket D. deyib.

Milli.Az