“Dəyirman” qrupunun konserti olacaq
2 Aprel 2010 16:32
Mayın 21-də "Dəyirman" rep qrupunun 10 yaşı tamam olur. Qrup üzvlərinin Milli.Az-a verdiyi məlumata görə, konsertin yubiley ərəfəsində Yaşıl Teatrda baş tutacağı planlaşdırılır. Konsertdə 10 il ərzində qrupun ifa etdiyi ən yaddaqalan və sevilən, həmçinin yeni albomlarından olan mahnılar yer alacaq.
"Bu dəfəki konsert bizim bundan əvvəl Heydər Əliyev Sarayında baş tutan digər 2 konsertimizdən öz möhtəşəmliyi ilə fərqlənəcək. Konsertdə bizim Röya və digər müğənnilərlə ifa etdiyimiz duetlər də ifa olunacaq".
Günay
Milli.Az