Toy dəvətnaməsinə elə şəkil qoydular ki... - FOTO

10 Avqust 2018 22:52

Türkiyədə ailə quran bir cütlük qeyri-adi hərəkəti ilə hər kəsi heyran edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Ömər Acar ilə Hazal Akseki adlı ikili qonaqları toylarına dəvət etmək üçün onlara dəvətnamə göndəriblər. Dəvətnaməni açanlar isə təəccüblərini gizlədə bilməyiblər.

Belə ki, cütlük məktəb illərində əl-ələ çəkilmiş şəklini dəvətnaməyə qoyaraq "İllər sonra heç vaxt buraxmamaq şərti ilə yenə əl-ələ tutacağıq. Sizi də aramızda görməkdən məmnun olarıq" qeydini yazıblar.

Ömər fotonu gördükdə özünün də təəccübləndiyini bildirib. O, şəklin məktəb illərində tədbirlərdən birində Hazalın anası tərəfindən çəkildiyini və toydan bir neçə həftə əvvəl üzə çıxardığını söyləyib.

Milli.Az