Yaşı 25 milyon il olan köpək balığının dişi tapılıb

10 Avqust 2018 22:34

Həvəskar paleontoloq Filipp Mallali Avstraliyanın Yan-Cuke bölgəsindəki çimərliklərdən birində tarixdən qabaqkı vaxtlara aid meqa köpək balığının dişlərini tapıb

Milli.Az report.az-a istinadən bildirir ki, nəsli kəsilmiş yırtıcı yer üzündə təqribən 25 milyon il əvvəl mövcud olub.

"Mən çimərlik boyu daşlaşmış heyvan və ya bitki qalığı axtarırdım, arxaya döndüm və qaya parçası üzərində dişin bir hissəsini gördüm...Mən bildim ki, bu, mühüm tapıntıdır və onu insanlarla bölüşmək lazımdır", - deyə o bildirib.

Ekspertlərin sözlərinə görə, aşkar edilmiş 7 santimetrlik diş həqiqətən köpək balığına məxsusdur. O, ölçüsünə görə, hazırda mövcud olan köpək balıqlarının dişlərindən təqribən iki dəfə böyükdür.

Milli.Az