Ramil Şeydayevin yeni klubu müəyyənləşdi

10 Avqust 2018 09:23

Türkiyənin "Trabzonspor" klubu ilə yollarını ayıran Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını Avstriyada davam etdirəcək.

Milli.Az Report-a istinadən bildirir ki, 22 yaşlı hücumçu bu ölkənin Bundesliqasında çıxış edən "Mattersburq"la anlaşıb. Onunla bu həftə ərzində müqavilə bağlanılacağı gözlənilir.

Qeyd edək ki, Ramil Şeydayev 2016-cı ildə Rusiyanın "Zenit" komandasından "Trabzonspor"a keçib. O, 2017-ci ilin yanvarında Slovakiya "Jilina"sına, ötən ilin yayında isə "Qarabağ"a icarəyə verilmişdi.

Milli.Az