Müsəlman Sara ölümlə hədələnir - yarıçılpaq fotolarına görə - FOTO

10 Avqust 2018 13:50

Hindistanın tanınmış aktrisalarından olan Sara Xanı sosial şəbəkələrdə ölümlə hədələyirlər. Onun telefonuna son günlərdə çoxlu zənglər olunur və zəng vuranlar da aktrisanı ölümlə hədələyirlər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, səbəb 29 yaşlı müsəlman aktrisanın İnstagram-da paylaşdığı fotolardır.

Tənqidçilər Saranı "yarıçılpaq və lüt fotolar paylaşaraq müsəlman qadının adını ləkələdiyini" vurğulayırlar.

Sara Xan Hindistanın Qoa bölgəsində və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində istirahətdə olarkən çəkilmiş fotolarını İnstagram-dakı profilində paylaşmışdı.

Milli.Az