10 yaşlı oğlanı zorlayanları güllələdilər, sonra asdılar - FOTO

10 Avqust 2018 13:05

Yəmənin paytaxtı Sənada 10 yaşlı Mosad əl Motanı vəhşicəsinə zorlayandan sonra qətlə yetirən 3 şəxs edam olunub.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, onlar əvvəlcə güllələniblər, sonra da asılıblar.

Üç pedofil şəhərin mərkəzi meydanına çıxarılmışdılar. Hakim onların cinayəti barədə məlumat verib, məhkəmənin hökmünü açıqlayıb.

Hərbçilər 3 cinayətkarı yerə, üzü üstə uzadıblar.

Az sonra hərbçilər avtomatları onların kürəklərinə dirəyərək atəş açıblar. Ürəklərindən güllə yarası almış təcavüzkarlar yerindəcə keçiniblər.

Bundan sonra isə onların cəsədləri asılıb.

Milli.Az