Bu ölkədə ilin əvvəlindən 16 mindən çox adam öldürülüb

9 Avqust 2018 23:19

2000-cio ildən bəri Meksikada 138 jurnalist qətlə yetirilib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Meksikanın İnsan Haqları üzrə Komissiyası məlumat yayıb.

Komissiyanın məlumatlarına görə, daha 21 KİV əməkdaşı isə 2005-ci ildə itkin düşüb.

"KİV-əməkdaşlarının öldürülməsi və itkin düşməsi ölkənin təhlükəsizlik səviyyəsindən xəbər verir.

Meksikada təkcə 2017-ci ildə təxminən 31,2 min adam öldürülüb.

Son vaxtlar Meksikada narkotik tacirlərinin aktivləşməsi nəticəsində zorakılıq halları artıb. Ümumilikdə Meksikada bu ilin əvvəlindən 16 min adam öldürülüb ki, bu da 2017-ci ilin birinci yarısında analoji göstəricisindən 18% çoxdur.

Milli.Az