Danirmarka alimlərindən xərçəngin müalicəsində yeni təklif – Şiş hüceyrələri yatızdırılsın

9 Avqust 2018 22:25

Danimarkalılar şiş hüceyrələrinin yaranmasında birbaşa rol oynayan KAT 6A və 6 B zülalının birdəfəlik yatızdırılmasını təklif edib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, apardıqları təcrübədə siçanlara tətbiq olunan bu metod onların ömrünü 4 dəfə artırıb. Bu maddə şiş hüceyrələrinə basqı edir, onları "yatızdırır", bununla belə sağlam hüceyrələrə təsir etmir.

Hazırda xərçəngin müalicəsində tətbiq olunan şüa terapiyası və kimya sağlam hüceyrələrə də zərər vurur, insanın immuniteti zəifləyir.

Yeni  kimyəvi birləşmə isə şiş hüceyrələrinin qocalmasını sürətləndirəcək, onlarln bölünməsinin qarşısını alacaq.

Milli.Az