ABŞ-ın Skripal sanksiyası rus rublunu vurub

9 Avqust 2018 19:28

Amerika Birləşmiş Ştatlarının keçmiş rusiyalı casusun qızıyla birlikdə Birləşmiş Krallıqda zəhərlənməsinə görə, Rusiyaya tətbiq etdiyi sanksiyadan cəmi bir neçə saat sonra rus rublu 2016-cı ildən bu yana ilk dəfə ən aşağı səviyyəyə düşüb.

Moskva birjasında rubl-dollar nisbəti 66,7 səviyyəsinə çatıb. Çərşənbə axşamı bu nisbət 63,4 olub.

Agent Sergei Skripal və qızı Yuliya mart ayında Salisbury-də Noviçok adlanan sinir iflicedici maddələr qrupuna aid olan maddə tərəfindən zəhərlənmişdi. Ata və qızı hazırda sağdırlar.

Rusiya hökuməti zəhərlənmə məsələsində hər hansı rolunu istisna edir.

Cümə axşamı Rusiyanın əsas şirkətlərinin Aeroflot, Rusal və Sberbank da daxil olmaqla, səhmləri Moskvada bir neçə faiz ucuzlaşıb.

Avro-rubl nisbəti də 76,8 olub, bu da avronun rubla qarşı qüvvətlənməsi deməkdir.

Birləşmiş Krallığın apardığı istintaq Rusiyanı Noviçok hücumunda təqsirləndirir. Cənab Skripal və onun qızının reanimasiyada müalicə olunduqdan sonra vəziyyəti yaxşıdır. Hazırda onların yeri gizli saxlanır.

Sergei Skripal və qızı YuliaSergei və Yulia Skripallar Salisbury şəhərində oturduqları skamyada huşsuz vəziyyətdə tapılmışdılar.

İngiltərənin xarici işlər naziri Jeremy Hunt cümə günü öz twitter hesabından Birləşmiş Ştatlara təşəkkür edib. O deyib ki, xüsusi hazırlanmış maddələr və digər dəhşətli "silahlar" yeni normaya çevrilməməlidir:

"Rusiya kimi dövlətlər bağışlanmamalı və bu dövlətlər bilməlidirlər ki, belə məsələlərə görə bir əvəz ödəməli olacaq".

Rusiya ABŞ-ın yeni sanksiyasını "qəddar" kimi qiymətləndirib.

Çərşənbə günü ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert deyib ki, "Rusiya beynəlxalq qanunları pozaraq öz vətəndaşlarına qarşı kimyəvi və ya bioloji və yaxud da öldürücü kimyəvi-bioloji silahlardan istifadə edib".

Cümə günü səhər Rusiyanın Amerikadakı səfiri ölkəsinə geri qayıdıb.

Rusiya, "hər hansı fakt və ya sübutu gözardı etməyə vərdiş edib" deyərək, department sözçüsü əlavə edib: "Salisburydə törədilmiş cinayətin açıq və şəffaf şəkildə araşdırılmasına qətiyyətlə davam edəcəyik".

Milli.Az