Tovuzda 78 yaşlı qadın evdə yıxlıdı

9 Avqust 2018 17:40

Tovuz rayonunda yaşlı qadın xəsarət alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qaraxanlı kəndində baş verib.

Kənd sakini, 1940-cı il təvəllüdlü Kərimova Firuzə Məcid qızı sol budun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qadının dediyinə görə, həyətlərində yıxılıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az