Rivaldo: "Neymarın nə vaxtsa "Real"da olacağına inanıram"

9 Avqust 2018 17:44

"Barselona"nın və Braziliya millisinin keçmiş hücumçusu Rivaldonun fikrincə, Neymar nə vaxtsa "Real"a keçəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "sambaçı" bu transferin yaxın vaxtlarda baş tutacağına əmindir: "Neymar PSJ-də qalacağını deyir. Ona inanıram. Neymarın nə vaxtsa "Real"da olacağına da inanıram. Eşitdiklərim belə deməyə əsas verir. Məncə, Neymar Fransada bir il qalacaq. Onun növbəti klubu İspaniyadadır" deyə Rivaldo bildirib.

Xatırladaq ki, Neymarın Real-a gedəcəyi xəbəri əvvəllər də gündəmdə idi. Futbolçu bu xəbəri şərh etməkdən yayınmışdı.

Milli.Az