Piyləri əridən yoxlanılmış, ucuz və keyfiyyətli möcüzəvi içki

11 Avqust 2018 22:10

Dieta və idman edərkən, sürətli şəkildə piylərinizdən xilas olmaq istəyirsinizsə, piy əridən qida olan cəfəridən faydalana bilərsiniz. Cəfəri ilə olan qarışıqlardan istifadə edərkən 15 gündən sonra bir həftə ara verməyi və cəfəri qarışıqlarından bir ay müddətində istifadə etməməyi unutmayın.

Piyləri əridən yaşıl qarışığın hazırlanması üçün ərzaqlar:

1 dəstə cəfəri, 1 limon suyu, yarım stəkan su

Piyləri əridən yaşıl qarışığın hazırlanması:

Cəfəriləri saplaqları ilə birgə, limonsuyu və yarım stəkan suyu da əlavə edərək blenderdən keçirin. Bu yaşıl qarışığı ac qarına və səhər yeməyindən 15 dəqiqə əvvəl için. Hər səhər istifadə edə biləcəyiniz bu qarışıqdan 15 gün qəbul etdikdən sonra bir həftə ara verin. 1 həftə ara verdikdən sonra cəfəri qarışığından istifadə etməyə yenə eyni formada davam edə bilərsiniz. Mədəsində problem olanlar həkimləri ilə məsləhətləşsinlər.

Cəfəri suyu qarışığı

Cəfəri suyunu əldə etmək üçün 4 stəkan xlorsuz suya bir dəstə cəfəri əlavə edin və qaynadın. Cəfəri suyunun təsirli olması üçün gündə 3 dəfə bir stəkan içməlisiniz. İstəsəniz cəfəri suyunu limon ya da bal ilə şirinləşdirə bilərsiniz. İstifadə edəcəyiniz cəfərilərin təzə və yarpaqlarının saralmamış olmasına fikri verin. Çox iri və sərt yarpaqlı cəfəriləri istifadə etməyin. Cəfəri qarışığının arıqlatma və piy əriməsini sürətləndirici təsiri ilə yanaşı dərini gözəlləşdirdiyini də vurğulamaq lazımdır. Bədəndəki artıq suyun xaric olunmasını təmin edən cəfəri qarışıqları eyni zamanda yaxşı sidikqovucudur.

Milli.Az