Xiaomi Mi 8 təkmilləşdi

11 Avqust 2018 08:31

Çinin elektronika nəhəngi 8 illiyi münasibətilə öz əsas smartfonunu yeniləyib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Xiaomi" şirkəti qabaqcıl "Mi 8" smartfonunun 8 QB-lıq əməli yaddaşa malik versiyasını təqdim edib. Daxili yaddaşın tutumu 128 QB təşkil edir.
 
Təkmilləşdirilmiş "Mi 8" smartfonu standart versiyadan başqa heç bir xüsusiyyəti ilə seçilmir.
 
31 may tarixində təqdim edilmiş "Mi 8" smartfonu "Snapdragon 845" prosessoru ilə təchiz edilib, displeyin diaqonalı 6,21 düym təşkil edir. Əsas özəlliyi sifətin 3D skaneridir, amma hələ ki avropalıların sifətini tanımır.

Milli.Az