Culiya Roberts sevgilisi ilə Malibu küçələrində - FOTO

9 Avqust 2018 15:04

50 yaşlı ulduz Culiya Roberts paparassilərin obyektivinə tuş gəlib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa sevgilisi Denni Modernlə birlikdə Malibuda dincəlir. 

Səhər saatlarında gəzintiyə çıxan cütlük günə kofe içərək başlayıblar. Ağ-qara kofta geyinən Culiya boğazına şərf bağlayıb. 

Roberts bu aralar səsini qorumağa çalışır. Buna səbəb isə onun hazırda bir neçə layihədə yer almasıdır.

Milli.Az