Ermənistan ordusunun mayoru yol qəzasında öldü

9 Avqust 2018 12:10

Ermənistan Silahlı Qüvvələrin mayoru A.Q. avtomobil qəzasında ölüb.

Milli.Az Report-a istinadən xəbər verir ki, hadisə Spitak şəhərində baş verib.

"Mersedes ML" markalı avtomobilin qəzaya uğraması nəticəsində 1986-cı il təvəllüdlü A.Q. ölüb. O, Ermənista Müdafiə Nazirliyin hərbi hissələrindən birində avto-mexaniki hissənin rəisi vəzifəsində işləyirmiş.

Məlumata görə, qəzaya uğrayan avtomobili hərbçi idarə edirmiş.

Milli.Az