Lerikdə ev yandı

9 Avqust 2018 11:22

Lerikdə ev yanıb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, rayonun Nurəvud kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az