Castin Biberlə sevgilisi niyə ağladılar? - FOTO

9 Avqust 2018 15:22

Məşhur kanadalı müğənni, 24 yaşlı Castin Biber sevgilisi, tanınmış model Hayli Bolduinlə birlikdə Nyu-Yorkun Manhetten səmtində velosiped gəzintisinə çıxmışdılar.

Milli.Az TMZ-yə istinadən bildirir ki, gəzinti zamanı Biber qəflətən kövrəlib və 21 yaşlı sevgilisinin yanında ağlamağa başlayıb.

Barmağında nişan üzüyü olan H.Bolduin onu sakitləşdirməyə çalışıb.

Təxminən yarım saat sonra onlar restorana yollanıblar.

Restoranda isə Hayli Bolduin ağlamağa başlayıb.

Milli.Az