Məşhur idmançı xərçəngdən öldü - VİDEO - FOTO

9 Avqust 2018 12:59

Dünyanın ən məşhur qolfçularından biri, avstraliyalı Carrod Layl ağ qan xərçəngindən (leykemiya) vəfat edib.

Onda kəskin mieloid leykozu vardı.

Milli.Az Daily Mail-ə istinadən billdirir ki, 36 yaşlı Layl indiyədək leykemiyaya qarşı iki ağır, məşəqqətli və uzunmüddətli müalicə kursları keçmişdi. Həkimlər hər kursdan sonra bəyan etmişdilər ki, qolfçu xərçəngə qalib gəlib.

Müalicələrdən, sonsuz kimya terapiysı kursları və inyeksiyalardan bezən idmançı ötən həftə ümumiyyətlə, müalicədən imtina etmişdi.

"Həyatımın son günlərini xanımımla, qızlarımla ünsiyyətdə keçirmək istəyirəm. İmkan verin, rahat ölüm", - Carrld Layl həkimlərə demişdi.

C.Laylda leykemiya ilke dəfə 17 yaşı olanda aşkarlanıb. Sonra 1998 və 2012-ci illərdəki müayiənələrdə leykemiya yenidən üzə çıxmışdı.

Hər dəfə də həkimlər ona müalicənin uğurlu olduğunu demişdilər.

Qolfçunun xanımı Brioni Laylın dediyinə görə, 2017-ci ildə müayinə zamanı leykemiyanın "qayıtdığı" qeydə alınmışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Məşhur idmançı xərçəngdən öldü