Neftçalada axşam çaxan ildırım 38 yaşlı qadının ölümünə səbəb oldu - YENİLƏNİB

9 Avqust 2018 09:55

09:55

Ötən gün axşamdan əsən külək və yağışla müşayiət olunan şiddətl ildırım çaxması Neftçalada insan tələfatı ilə nəticələnib.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, ildırım çaxması nəticəsində ev sahibləri yuxuda olduğu zaman rayonun Şirvanlı qəsəbəsində həyətlərdən birinin üzərindən keçən yüksək gərginlikli elektrik xətti qırılaraq yerə düşüb.

Səhər sübhdən bundan xəbərsiz yaşadıqları həyəti süpürən 38 yaşlı Aynurə İman qızı Əzimova yerə düşmüş elektrik xəttinə toxunduğu üçün onu elektrik cərəyanı vuraraq öldürüb.

Hazırda hüquq-mühafziə orqanlarının əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar.

----------

09:13

Neftçala rayonunda qadını elektrik cərəyanı vurub.

Milli.Az Report-a istinadən bildirir ki, 1980-cı il təvəllüdlü yerli sakin Əzimova Aynurə İman qızına Şirvanlı kəndində qırılaraq yerə düşmüş elektrik naqili toxunub.

Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az