Bakıda avtomobil divara çırpılıb, ölənlər var - VİDEO - FOTO

9 Avqust 2018 08:56

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb.

Milli.Az "Report"a istinadən bildirir ki, 26 yaşlı Muradov Kamran Sabir oğlu Balaxanı qəsəbəsi ərazisində idarə etdiyi "Tofaş" markalı avtomobillə divara çırpılıb.

Nəticədə avtomobil deformasiyaya uğrayıb.

Avtomobildə olan sərnişin 30 yaşlı Ziya Dövlətov və sürücü K.Muradov ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda onlar dünyasını dəyişib.

Hər iki meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda avtomobil divara çırpılıb, ölənlər var