“Bavariya” bir oyunda 20 qol vurdu

9 Avqust 2018 08:28

Futbol üzrə növbəti Almaniya çempionatına hazırlıqlarını davam etdirən "Bavariya" yoxlama oyununda 20 qol vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Münhen komandası həvəskar liqa təmsilçisi "Rottax-Eqern"a 20:2 hesabı ilə qalib gəlib.

"Bavariya"dan Koman, Levandovski, Vaqner, Frantske het-trik ediblər,Müller və Xames dubla imza atıblar, Tiaqo, Rudi, Riberi və Kimmix hərəyə 1 dəfə fərqləniblər.

Milli.Az