Gəncə şəhərində yanğın baş verib

9 Avqust 2018 08:08

Gəncə şəhərinin Kəpəz rayonunda üçmərtəbəli binanın 3-cü mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 6 p.m kabel yanıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az