Meksika millisinin sabiq üzvü Azərbaycan klubunda

8 Avqust 2018 20:33

"Səbail" heyətinə yeni futbolçu qatıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi meksikalı yarımmüdafiəçi Edqar Paçekonu transfer edib. 28 yaşlı futbolçu ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.

Karyerası əsasən ölkəsinin klubları ilə bağlı olan təcrübəli oyunçu son mövsümü Kipr "Ermis"ində keçirib. O, 2009-2011-ci illərdə Meksika millisinin də şərəfini qoruyub. Yığmada 5 oyun keçirən yarımmüdafiəçi 1 qol vurub.

Qeyd edək ki, Paçeko "Səbail"in yay fasiləsində heyətinə qatdığı 14-cü futbolçudur.

Milli.Az