Amerikalı ekspert: "ABŞ üçün “Cənub Qaz Dəhlizi” İrana qarşı sanksiyalardan üstündür"

8 Avqust 2018 16:56

"ABŞ üçün "Cənub Qaz Dəhlizi" layihəsi İrana qarşı sanksiyalardan daha üstündür".

Milli.Az xəbər verir ki, bunu Trend-ə amerikalı ekspert və "Bilig Brains" layihəsinin analitiki Rafael Səttarov deyib.

Ekspertin sözlərinə görə, enerji sektoruna yönəlmiş yeni sanksiyalar İranla biznes sahəsində əməkdaşlıq edən iri şirkətlərin maraqlarına toxunacaq:

"SOCAR və BP-nin qismində enerji nəhənglərinin lobbiçilik fəaliyyətləri nəticə verdi və onlar ABŞ prezidentinin yaxın ətrafına çatdıra bildilər ki, ABŞ-ın müttəfiqlərinin enerji təhlükəsizliyinə xidmət edəcək yeni layihənin mövqelərini zəiflətmək lazım deyil. Bundan başqa, Donald Trampın "Cənub Qaz Dəhlizi" ilə bağlı sərəncamı göstərir ki, ABŞ bu layihənin Rusiyanın Avropadakı layihələri ilə rəqabət aparacağını başa düşür".

R.Səttarov həmçinin qeyd edib ki, Azərbaycan bu gün iri qaz tədarükçüsü qismində fəal şəkildə dünya bazarlarına daxil olub. Bu da Azərbaycana Qərbin marağını artırır:

"Əlbəttə ki, Azərbaycan qazının həcmi Rusiya qazı ilə müqayisə oluna bilməz, amma yenə də Azərbaycan "Cənub Qaz Dəhlizi" ilə tədarükü 16 milyard kubmetrədək çatdıranda bu dəhliz ölkəyə əlavə mənfəət gətirməklə yanaşı, onun Avropa bazarlarına təbii qaz tədarükçüsü kimi nüfuzunu artıracaq".

Milli.Az