"7 ay Eltonu Moskvaya buraxmadılar"

8 Avqust 2018 16:28

Prodüser Tarix Əliyev (Tolik) müğənni Elton Hüseynəliyevlə bağlı etiraf edib.

Milli.Az axşam.az-a istinadən bildirilir ki, prodüser "Hər şey daxil" verilişində bildirib ki, Eltona Moskvada qadağa qoyulub:

"Eltonla Anar bir çalışırdı. Ayrılanda dedilər ki, Anar vasitələrindən istifadə edib Eltona Moskvaya qadağa qoydurdu. Eltonun öz başısoyuqluğundan olmuşdu. O qədər toyları var idi ki, Anarla Elton Moskvada ev tutub qalırdılar. Buna görə də 3 gündən sonra qeydiyyatdan keçməlisən. Mən və Anar gedib bunu edirdik, Elton etmədi. Bir gün gedəndə Eltonu Moskvaya buraxmadılar. 6-7 ay Eltonu Moskvaya gedə bilmədi. Ruhi Əliyevanın vasitəsi ilə yəhudi olan bir şəxsə yazdım və o, bizə kömək oldu".

Milli.Az