Müsəlman kişi necə geyinməlidir?

9 Avqust 2018 21:40

Səhih hədislərdən məlum olan odur ki, müsəlman kişi gözəl və səliqəli geyinməyə çalışmalı, əzaları bildirəcək qədər dar geyinməməlidir. Həmçinin, dizdən yuxarı hissəsi açıq olmamalıdır və ipək paltar geyinməməlidir.

Milli.Az zikr.az-a istinadən bildirir ki, İslam dinində kişilər üçün xüsusi bir geyim yoxdur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Əliyə (Allah ondan razı olsun) demişdir: "Budunu açma, diri və ya ölü heç kimsənin buduna baxma". (Əbu Davud "Həmmam", 1; İmam Əhməd "Musnəd", 1/146).
"Qızıl və ipək ümmətimin kişilərinə haram, qadınlarına halaldır". (əl-Buxari "Libas", 30; Əbu Davud "Xatəm", 3; ət-Tirmizi "Libas", 1).
Milli.Az