Ukraynada iyrənc cinayət - ata iflic qızına təcavüz etdi

8 Avqust 2018 13:49

Ukraynada ata serebral iflic xəstəsi olan qızına təcavüz edib.

Milli.Az bildirir ki, iyrənc olay qızın qardaşının gözləri önündə yaşanıb.

Ukrayna Milli Polisinin rəis müavini Vyaçeslav Abroskinin bildirdiyinə görə, olay avqustun 4-də baş verib.

"102 xidmətinə gənc oğlan zəng vuraraq dedi ki, 15 yaşlı bacısını atası zorlayır. O, bacısının anadangəlmə əlil, serebral iflic xəstəsi olduğunu söylədi", - V.Abroskin Facebook-dakı səhifəsində yazıb.

O, belə cinayət törədənlərə qarşı cəzaların sərtləndirilməsinin məqbul olduğunu vurğulayıb.

Milli.Az