İran Milli Olimpiya Akademiyasının binasında partlayış - 3 işçi öldü

8 Avqust 2018 12:12

İranın paytaxtı Tehranda yerləşən "Enqelab" İdman Kompleksində partlayış baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində qazanxanada olan 3 işçi ölüb.

İnsident İran Milli Olimpiya Akademiyasının binasında baş verib.

Partlayış binanın dağılmasına və ya yanğına səbəb olmayıb. 

Hadisənin başvermə səbəbləri aydınlaşdırılır.

Milli.Az