Minik avtomobili qatarla toqquşdu, 3 nəfər öldü

8 Avqust 2018 11:22

Dağıstanda minik avtomobilinin qatarla toqquşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, qəza ötən gecə Qarabudaqkənd rayonunda tənzimlənməyən dəmir yolu keçidində baş verib.

Yaralılar rayon xəstəxanasına çatdırılıblar.

Milli.Az