Həyatın ən gözəl anı - 6 yaşlı qız nağıla düşdü - VİDEO - FOTO

8 Avqust 2018 12:40

6 yaşlşı balaca qız həyatının arzusuna çatıb. O, sanki nağıla düşmüşdü. Özünü nağıllar aləmində hiss edən qızcığazın sevincinin həddi-hüdudu yox idi.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Şotlandiyanın "Seltik" klubunun fanatı olan 6 yaşlı Lüsi həyatında ilk dəfə stadiona gəlmişdi.

Daha doğrusu, onu babası və atası gətirmişdi.

Qlazqo şəhərinin Parkhed səmtindəki "Celtic Park Stadium"u həyatında ilk dəfə görən Lüsi həyacanını, təəccübünü gizlədə bilməyib.

Trinubalardakı azarkeşlər isə "Seltik" fanatlarının məşhur mahnısı olan "Let The People Sing"i oxuyurdular.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Həyatın ən gözəl anı - 6 yaşlı qız nağıla düşdü