Məşhur teleaparıcı Hollivud ulduzuna bənzəyir - FOTO

8 Avqust 2018 11:14

Britaniyanın ən məşhur teleaparıcılarından biri, yazıçı, aktrisa, komik, prodüser və siyasi fəal Sandra Birqitta Toksviq zahirən tanınmış aktyor, Hollivud ulduzu Tom Kruza bənzəyir.

Milli.Az TMZ-yə istinadən bildirir ki, əslən danimarkalı olan 60 yaşlı S.Toksviq elə bil 56 yaşlı Tom Kruzun əkiz bacısıdır.

"Bake Off" kulinariya şousunun aparıcısı Toksviq deyib: "Bu, çox şən, gülməli məsələdir. Mənim üçün çox xoşdur. Amma Tomun xoşuna gələcəyini düşünmürəm".

Milli.Az