Bakıda ahıl kişi özünü bıçaqlayıb

8 Avqust 2018 08:26

Yasamal rayonunda bir nəfər intihara cəhd edib.

Milli.Az report.az-a istinadən bildirir ki, intihara cəhd hadisəsi M.Seyidov küçəsində baş verib.

1954-cü il təvəllüdlü Fətəliyev Əbdülhüseyn Adil oğlu yaşadığı evdə ailə münaqişəsi zəmnində özünə bıçaqla zərbə vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Milli.Az