İlk özəl nüvə bombası zavodu tikilir
9 Sentyabr 2011 13:53
Atom bombalarının hissə və detallarının 85 faizini istehsal edəcək müəssisə 20 il hökumətə kirayə veriləndən sonra onu inşa etmiş şirkətə veriləcək.
Milli.Az xəbər portalı CNN-ə istinadən bildirir ki, Kanzas şəhərində inşa ediləcək, 140 min kvadratmetr əraziyə malik olaraq 673 milyon dollara başa gələcək böyük müəssisə köhnə zavodun yerində tikiləcək. Həmin zavodda isə ABŞ-ın bütün nüvə bombalarının detallarının 85 faizi istehsal olunur.
Zavodu "Honeywell" korporasiyası tikəcək, sonra isə ABŞ-ın federal hökuməti müəssisəni "Centerpoint Zimmer" (CPZ) şirkətindən 20 il müddətinə kirayə götürəcək.
20 sənə başa çatandan sonra isə CPZ nüvə bombaları istehsal edən zavoda malik olacaq.
Milli.Az