Bu gün Beynəlxalq Gözəllik Günüdür
9 Sentyabr 2011 13:38
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu bayramın keçirilməsi təşəbbüsünün müəllifi SİDESKO Beynəlxalq estetika və kosmetologiya komitəsidir. O, 1946-cı ildə Brüsseldə yaradılıb.
Beynəlxalq Gözəllik Günü 1995-ci ildən qeyd olunur. Həmin gün dünyanın bir sıra ölkələrində gözəllik müsabiqələri təşkil olunur.
Qeyd edək ki, dünyada ilk gözəllik müsabiqəsi 1888-ci ildə Belçikada, ilk "Dünya gözəli" müsabiqəsi isə 1951-ci ildə Londonda keçirilib.
Milli.Az