Türkiyədə "Qəbələ" fırtınası
2 Aprel 2010 15:22
Fanat.az xəbər verir ki, komandamızın bu dəfəki rəqibi də Türkiyə klubu olub.
"Manispor Turqutluspor"la qarşılaşan Rəcəb Yazıçının yetirmələri meydandan 1:0 hesablı qələbə ilə ayrılıb. Komandamıza qələbə gətirən qola Fərid Məmmədov imza atıb.
Qeyd edək ki, "Qəbələ" ilk oyunda "Ankaragücü"nün 13 yaşlıları ilə qarşılaşmışdı. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çtadığından qalib penalti seriyasında müəyyənləşmişdi. Bu zaman 3:2 (ümumi hesabı 4:3) üstün olmuşdu.
İlk gündən sonra "Qəbələ" və "Ankaragücü"nün aktivində hərəyə 4 xal var. Lakin "Qəbələ" ankaralıları yendiyinə görə onlardan birinci pilləni tutur. "Qəbələ" bu gün "Midlsbro" və "Fənərbaxça"ya qarşı oynayacaq.
Milli.Az