Bakı- Novorossiysk neft boru kəməri üçün təhlükə yarandı

2 Aprel 2010 15:10
Milli.Az Fövqəladə Hallar Nazilriyinin saytına istinadən xəbər verir ki, Ataçay çayında suyun səviyyəsinin qalxması nəticəsində Bakı-Novorossiysk neft boru kəmərinin çayın altından keçən hissəsinin üst torpaq qatının bir hissəsini su yuyub. Hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Milli.Az