Nübar qəsəbəsinin qaz nübarı reallaşır
2 Aprel 2010 17:51
Abşeron rayonunun "Nübar" adlı qəsəbəsində qaz yoxdur. Bu barədə Milli.Az xəbər portalına qəsəbə sakinləri məlumat veriblər. Sakinlərin redaksiyaya ünvanladığı məktubda qeyd olunur ki, "Nübar" qəsəbəsi Hökməli ərazisinə tabedir. Hökməli bələdiyyəsi tərəfindən baxımsız vəziyyətdədir. "Nübar" qəsəbəsində minlərlə əhali məskunlaşsa da, həmin qəsəbəyə qaz xətti cəkilməyib. Sakinlər evi qızdırmaq və yanacaq kimi hər zaman daimi olmayan elektrik enerjisindən istifadə edir. Həmin elektrik xətləri də əlavə yükləmələr olduğundan qəsəbədə işıqlar tez-tez saatlarla sönür. Qaz olmadıgına görə, qəsəbədə yaşayış səviyyəsi agırdır və insanlar əziyyət çəkirlər
Niyə həmin qəsəbəyə bu vaxta kimi qaz xətti cəkilməyib? Egər çəkiləcəksə, bu nə zaman olacaq?
"Nübar"ın qazı olacaq...
Bütün suallara aydınlıq gətirmək məqsədilə Abşeron rayon Qaz İstismar İdarəsi ilə əlaqə saxladıq. İdarənin rəisi Dövlət İsmayılov Milli.Az-a bildirdi ki, "Nübar" qəsəbəsində heç dədə-babadan qaz olmayıb. Regionların İqtisadi və Sosial İnkişafı Üzrə Dövlət Proqramına uyğun olaraq qaz çəkilməsi nəzərdə tutulmuşdu. Onun sözlərinə görə, fevral ayında "Azəriqaz"la danışılar aparılıb və hazırda qaz çəkiliməsinə başlanılıb: "Hazırda tikinti təşkilatları orada işlər görür, əsas daşıyıcı kəməri çəkiblər. Normal qaydada tikinti gedir. Ancaq nə vaxt çəkilib başa çatdırılması dəqiq məlum deyil".
Sənədin varsa, qazın da var
Lakin idarə rəisi əlavə etdi ki, şad xəbəri bütün sakinlərə şamil edilməyəcək: "Sakinlər qaz borusunu görən kimi deyirlər ki, qazı tez çəkisinlər. Ancaq heç kimi demir ki, orada yaşayanların 90%-nin sənədi yoxdur. Qaz çəkilsə də, kimin sənədi var yalnız onlara qaz çəkiləcək. Yüksək gərginlikli xətlərin altında, su xətlərinin üstündə tikilən evlərə qaz çəkilməyəcək. Bier neçə gün əvvəl baş nazirin müavini Abid Şərifovun yanında keçrilən müşavirədə də göstəriş verilib ki, qaz və işıq çəkilrəkən ancaq sənədləri olan evlərə çəkilsin.
"Heç bilirsiniz, Nübarda nə qədə qanunsuz ev var?"
D.İsmayılov qeytd etdi ki, Nübar qəsəbəsində bələdiyyə tərəfindən 6000 nəfərə torpaq satışı ilə bağlı qərar verilib. Onun sözlərinə görə, bu barədə onda Hökməli bələdiyyəsinin bələdiyyənin məktubu var. İdarə rəisi bələdiyyənin məktubuna istinadən dedi ki, hazırda isə həmin qəsəbədə 3500 adam yaşayır, Ancaq həmin adamların neçə faizində sənəd olub-olmadığı məlum deyil. "Ancaq qəsəbədə 3500 nəfərə qaz verilsə, yerdə qalan sənədsizlərdə gəlib qaz istəyəcəklər. Bu ilin axırına kimi Abşeron rayonunun 100 faizinin qazlaşdırılması nəzərdə tutulub, ancaq 90 faizi qazlaşdırılacaq. 10 faiz kəsir qanunsuz evlərlə bağlıdır. Qanunsuz evləri nəzərə almasaq, bu rəqəm maksimim nəticə olar. Bu ilin sonunuda dövlət başçısına məruzə olunmalıdır ki, Abşeron rayonu 100 faiz qazlaşdırılıb".
Anar Məmmədov
Milli.Az