«Odnoklassniki» bağlanır?
2 Aprel 2010 14:45
Milli.Az donbass.ua saytına istinadən xəbər verir ki, bunu şəbəkənin yaradıcısı Albert Popkov bildirib. Onun sözlərinə görə, şəbəkənin qapadılmasına dair qərar onun rentabelli olmaması üzündən verilib.
"Artıq bizim maliyyə imkanlarımız tükənməkdədir. Rəqabət isə getdikcə artır. Odur ki, şəbəkəni bağlamaq qərarına gəlmişik. 2 ay ərzində istifadəçilərimizdən başqa şəbəkəyə keçmək istəyənlər bizə məktub yaza bilər. Onların akkauntunun başqa şəbəkəyə köçürülməsi təmin ediləcək", - deyə Popkov bildirib: "İndiyədək odnoklassniki.ru saytından istifadə etmiş hər kəsə minnətdarıq".
Xəbər dünən yayıldığı üçün onun 1 aprel zarafatı olması istisna edilmir.
Milli.Az