Soyunanda da yeyir - FOTO

9 Sentyabr 2011 22:46
"American Apparel" modalar evinin yeni müsabiqəsi kök qadın modelin seçilməsinə yönəlmişdi. Şirkət yeni, böyük ölçüdə paltarlarını reklam edəcək ən gözəl xanım arayırdı.
Lakin bu müsabiqə böyük qalmaqala səbəb olub.

Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, amerikalı Nensi Apton müsabiqəyə qatılmağa qərar verib. Amma necə...

"Salam. Mənim adım nensi Patondur. Bədənim böyük ölçüdədir, toppuş qadınam və "American Apaparelin"in müsabiqəsində simamla bədənimin görünməsini istəyirəm", - Apton "Tumblr" servisindəki bloqunda yazıb.
Dallaslı Nensi lağla bildirib ki, həmişə yemək yemək istəyir. Hətta hamamda, hovuzda, yataqda olanda da.

Onun sözlərinə görə, gözəllik qadının bədən ölçülərindən asılı deyil.

Amerikalılar isə "American Apparel"in müsabiqəsini qadınları kökəlməyə sövq edən yarış adlandırırlar.

Milli.Az