Qulaqdibi xəstəliyi

4 Avqust 2018 21:20

Qulaqdibi xəstəliyi və ya parotid - viruslar vasitəsi ilə yayılan kəskin infeksiyalı xəstəlikdir. Əsasən uşaqlarda və yeniyetmələrdə rast gəlinir.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, adından da göründüyü kimi qulaqdibi xəstəliyi qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərinin şişməsi nəticəsində yaranan bir virus xəstəliyidir. Bu xəstəliyin virusu orqanizmə daxil olduqdan 10-18 gün sonra xəstəlik ortaya çıxır. Xəstəliyə kişilərdə qadınlara nisbətən daha tez-tez rast gəlinir.

İlkin əlamətləri:

- Halsızlıq və hərarət;
- Udqunan zaman qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərində
ağrı;
- Qulaq ətrafı nahiyədə şişlik.

İlk yardım:

- Yaranan şişin üzərinə isti kompres qoyulmalı;
- Xəstəni digər ailə üzvlərindən ayrı saxlamalı;
- Xəstəliyin əlamətləri yox olana qədər yataq şəraitində olmalı;
- Bir faktı da qeyd etmək vacibdir ki, xəstəliyin kişilərdə sonsuzluğa səbəb
olan fəsadlar törətmə qabilliyəti olduğundan mütləq həkimə müraciət
etmək vacibdir.

Milli.Az