Ermənistan klubundan UEFA-ya şikayət olundu - VİDEO

1 Avqust 2018 20:33

Qazaxıstan təmsilçisi "Tobol"un rəhbərliyi Ermənistanın "Pyunik" klubundan UEFA-ya şikayət edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, "Tobol" rəsmiləri Avropa Liqasının II təsnifat mərhələsində "Pyunik"lə səfərdə keçirdikləri cavab matçında referinin idarəçiliyindən və oyunun təşkilatçılığından narazıdırlar. Onların fikrincə, baş verənlər nəticəyə təsir edib.

Qazaxıstanlılar texniki zonada yer alan "Pyunik" üzvlərinin idmançıya yaraşmayan hərəkətlərə yol vermələrindən də şikayətçidirlər.

Qeyd edək ki, "Tobol" evdə 2:1 hesabı ilə qalib gəlsə də, səfərdə 1 cavabsız qolla uduzudğu üçün mübarizəni dayandırıb. Ermənistanda baş tutan matçın yekununda "Pyunik"in baş məşqçisi Andrey Talalayev rəqibə ədəbsiz jest göstərib.

Milli.Az