Dünyanın ən təhlükəli övlad yolu - VİDEO

1 Avqust 2018 14:19

Oğlum məhz burada vəftiz olunmalı, xaç suyuna salınmalı idi. Xalqımızın əsrlərdən bəri gələn adəti belədir.

28 yaşlı Nhisti belə deyir. O, bir aylıq oğlu Davidi 200 metr yüksəlikdəki "Abuna Yemata" kilsəsinə çıxarıb və orada xaç suyuna saldırıb.

Milli.Az BBC-yə istinadən bildirir ki, "Abuna Yemata" Efiopiyanın Tiqray bölgəsində, sıldırım qayalarda yerləşən 120 kiçik kilsələrdən biridir.

Efiopiyada xristianlığı yaymış rahib Abuna Yematanın abid həyatı sürdüyü mağarada yerləşən kilsəyə qalxmaq üçün zəvvarlar qayaya dırmaşaraq çox təhlükəli yol qət edirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dünyanın ən təhlükəli övlad yolu