
Konçita Vurst dövrü sona yetdi.
2014-cü ildəki Avroviziya musiqi yarışmasında saqqallı Konçita Vurst obrazı ilə qalib gəlmiş avstriyalı müğənni Tomas Noyvirt qadın alter-eqosundan və imicindən imtina etmək qərarına gəlib.
Milli.Az-ın məlumatına görə, o, "The Independent"ə açıqlamasında bildirib ki, ona artıq qadın paltarları imici maraqlı deyil.
Konçita Vurst: QİÇS xəstəsiyiəm! - FOTO
Müğənninin sözlərinə görə, indi o, kişi obrazında daha rahat hiss edir və daha küçədə tanınmamasından çox razıdır. Yeri gəlmişkən, Noyvirt hələ bir il bundan əvvəl qeyd etmişdi ki, Konçita Vurstu "öldürmək" niyyətindədir. Aprelin ortalarında isə o QİÇS xəstəliyinə tutulduğunu bildirmişdi.
Zərif Nisə
Milli.Az