Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq Albaniyanın "Kukesi" klubu qapıçısı Faton Malokunu Bakıya gətirə bilməyib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb onun viza ala bilməməsidir. Kosovo vətəndaşı olan 27 yaşlı qolkiper Azərbaycana buraxılmayıb. Çünki Azərbaycan bu ölkənin müstəqilliyini tanımır. Çempionlar Liqasının ilk 3 matçında ehtiyatda oturan Malokunu bugünkü matçda ikinci qapıçı kimi Yetmir Başa əvəz edəcək.
"Kukesi"nin digər kosovoluları - yarımmüdafiəçilər Donjet Şkodra ilə Besar Musolli isə Belçika və Albaniya vətəndaşlığı olduğu üçün viza problemi yaşamayıblar.
Qeyd edək ki, "Qarabağ" - "Kukesi" görüşü bu gün saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matç qolsuz bərabərliklə başa çatıb.
Milli.Az