"Zirə" Türkiyə toplanışını başa vurdu

1 Avqust 2018 09:38

"Zirə" Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışını başa vurub.

Milli.Az xəbər verir ki, paytaxt təmsilçisi dünən saat 21:00-da Bolu - İstanbul - Bakı reysi ilə vətənə dönüb.

Qeyd edək ki, iyulun 19-dan Boluda toplanışda olan "Zirə" bu müddətdə 4 yoxlama oyunu keçirib. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Qətərin "Əl-Xaritiya" və Türkiyənin "Girəsunspor" klubları ilə heç-heçə edib - 1:1, 0:0. Həmçinin, yerli "Osmanlıspor"a 1:0, İran "Traktorsazi"sinin U-23 komandasını isə 3:0 hesabı ilə qalib gəlib.

Milli.Az