Qadın 22 min manata saxta tələbə bileti satdı
2 Aprel 2010 13:50
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Arifə Hacıyeva həmyerlisi, Ehtiyat Feyzullayevin qohumuna saxta tələbə bileti verməsi sataraq ondan 22 min manat pul alıb.
Sözügedən faktla bağlı Yasamal rayon Polis idarəsinə edilən şikayətdən sonra araşdırmalara başlanıb və A.Hacıyevanın barəsində cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az