Kayserinin Yahyalı qəsəbəsində fahişələrlə cinsi əlaqədə olan iş adamlarının 18+ görüntülərini çəkib, onları şantaj edərək pul tələb etdikləri iddiası ilə saxlanılan 7 nəfərdən 2-si qadın olmaqla, 4-ü saxlanılıb.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, polis əməkdaşları Leyla B., Yılmaz Ü., Alpaslan Ü., İnci D., B.Ü., H.Ü. və Y.Ü.-nü ələ keçirib.
Şübhəlilərdən cinayətkar dəstənin lideri olduğu bildirilən Leyla B., Yılmaz Ü., Alpaslan Ü. və İnci D. həbs olunub, digər 3 nəfər isə sərbəst buraxılıb.
Adanadan 5 il öncə gəlib qəsəbəyə köçdüyü deyilən dəstə başçısı Leyla B.-nin adamları biznesmenləri evlərinə çağırıb "tələ"yə salıblar. Bu şəxslərin iş adamlarını evə girib-çıxarkən və cinsi əlaqə zamanı kameraya çəkərək bu görüntülərlə şantaj edərək pul aldıqları məlum olub.
Məhəmməd Vaqif
Milli.Az