"Mançester Yunayted"in sabiq futbolçusu Türkiyə klubunda

30 İyul 2018 18:30

"Mançester Yuneyted"in sabiq futbolçusu Anderson Oliveyro karyerasını Türkiyədə davam etdirəcək.

Milli.Az xəbər verir ki, braziliyalı müdafiəçi bu ölkənin I Liqasında mübarizə aparan "Adana Dəmirspor"a transfer olub. 30 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Bu barədə Adana təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, karyerası ərzində "Porto", "Mançester Yunayted", "Fiorentina", "Koritiba", "İnternasional" kimi klublarda çıxış etmiş Anderson "qırmızı şeytanlar"ın heyətində Çempionlar Liqasının qalibi olub. O, Braziliya millisinin də şərəfini qoruyub.

Elçin Əlixan

Milli.Az