Ağır yol qəzası baş verib, ölən və yaralananlar var

30 İyul 2018 21:54

Gəncə-Şəmkir avtomobil yolunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Şəmkir rayonu ərazisində hərəkətdə olan "VAZ 21011"-lə başqa bir avtomobilin toqquşması nəticəsində 1 qadın ölüb, 2 kişi, 1 qadın və 1 yeniyetmə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az